Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həkim dedi ki, Rəhim çox xəstədir'' - FOTO

''Həkim dedi ki, Rəhim çox xəstədir'' - FOTO

Tarix: 30 Sentyabr 2022 14:55

Xəbər verdiyimiz kimi, müğənni Rəhim Rəhimli gecə saatlarında vəfat edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçını son mənzilə uola salanlar arasında şairə Könül Nazimqızı da var.

K.Nazimqızı Rəhimin səhhəti ilə bağlı Axşam.az-a açıqlama verib:

"Rəhim ölümdən qorxurdu. Deyirdim müalicə edək. Deyirdi, artıq gecikmişəm.

Könül onunla bağlı son görüşünü belə xatırlayırt:

"15-20 ildir dostduq. Çox az halda olurdu ki, danışmırdıq. Demək olar hər gün zəngləşirdik. 3-4 gün əvvəl bizə gələndə evdə olmamışdım.

Həkim dedi ki, Rəhim çox xəstədir. Ona deyirdim, gəl həkimə gedək, getmədi".

O, həmçinin yeni mahnı üzərində işlədiklərini vurğulayıb:

"Yeni mahnı yazmışdıq. O gün danışıdım, dedim belə getsə, Rəhim öləcək. Deyirdi Allah məni çox istəyir".


Etiketlər:  Həkim dedi Rəhim çox xəstədir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ