Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2022 17:24
Ukrayna Prezidenti Volodimir Zelenski orduya payız çağırışını ləğv edib, tərxisi isə təxirə salıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı sərncam imzalayıb.
Sərəncama əsasən, bu ilin oktyabr-dekabr aylarında Ukraynada hərbi xidmətə çağırış kampaniyası keçirilməyəcək.
Məlumata görə, Ukrayna Prezidenti hərbi qulluqçuların ehtiyata buraxılmasını da müəyyən müddətə təxirə salıb.