Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kadırov Ukraynaya nüvə bombasının atılmasını istəyir - FOTO

Kadırov Ukraynaya nüvə bombasının atılmasını istəyir - FOTO

Tarix: 1 Oktyabr 2022 20:02

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna ilə münaqişədə az gücə malik nüvə silahından istifadənin tərəfdarı olduğunu bildirib.

Bu barədə Kadırov özünün Telegram kanalında yazıb.

"Rusiya Müdafiə Nazirliyinin Ali Baş Komandana nə məruzə etdiyini bilmirəm, amma mənim şəxsi fikrimcə, sərhədyanı ərazilərdə hərbi vəziyyət elan olunana qədər az gücə malik nüvə silahlarının tətbiqi daxil daha sərt tədbirlər görülməlidir. Hər qərarı Qərb-Amerika ictimaiyyətinə nəzər salaraq qəbul etmək lazım deyil. Onlar onsuz da bizə qarşı çox şey ediblər. Dünən İzyumda parad oldu, bu gün Limanda bayraq qaldırıldı, sabah nə olacaq? Bu qədər pis olmasaydı, hər şey yaxşı olardı", deyə Çeçenistan rəhbəri vurğulayıb.

Milli.Az


Etiketlər:  Kadırov Ukraynaya nüvə bombasının atılmasını istəyir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ