Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniyanın müdafiə naziri Odessaya gözlənilməz səfər edib

Almaniyanın müdafiə naziri Odessaya gözlənilməz səfər edib

Tarix: 1 Oktyabr 2022 23:06

Almaniyanın müdafiə naziri Kristin Lambrext şənbə günü elan olunmamış səfərlə Odessaya gedib və burada ukraynalı həmkarı Aleksey Reznikov ilə görüşüb.

O, IRIS-T SLM hava hücumundan müdafiə sistemlərini yaxın günlərdə Kiyevə çatdıracağına söz verib.

"Ukrayna hazırda inanılmaz miqdarda hava hücumları ilə üz-üzədir, buna görə də bizim daha çox hava hücumundan müdafiə dəstəyi verməmiz çox vacibdir", - Lambrext bildirib.

Almaniyanın Müdafiə Nazirliyi "Twitter"də onun Ukraynaya səfərini və Reznikovla görüşünü təsdiqləyib.

"Biz nə qədər vaxt lazımdırsa, dostlarımızı dəstəkləyəcəyik", - nazirlikdən qeyd olunub.

Milli.Az


Etiketlər:  Almaniyanın müdafiə naziri Odessaya gözlənilməz səfər edib


RƏYLƏR