Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2022 12:52
İsraildə İordan çayının qərb sahilində naməlum şəxs avtobusa və avtomobilə atəş açıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Ordusu özünün tviter səhifəsində məlumat yayıb.
"Bu səhər Nablus şəhəri yaxınlığında bir avtomobilə və avtobusa atəşlə hücum edilib", - məlumatda deyilib.
Avtomobilin sürücüsü xəsarət alıb və ona tibbi yardım göstərilib.
Hadisə yerinə gələn hərbçilər şübhəliləri axtarır.