Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Olimpiakos'' - ''Qarabağ'' matçı sükutla başlayacaq

''Olimpiakos'' - ''Qarabağ'' matçı sükutla başlayacaq

Tarix: 4 Oktyabr 2022 16:34

 Avropa Liqasının qrup mərhələsinin III turu üzrə "Olimpiakos" və "Qarabağ" komandaları arasında keçiriləcək matç bir dəqiqəlik sükutla başlayacaq.

Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, UEFA "Arema" və "Persebaya" komandaları arasında İndoneziya çempionatının XI tur matçından sonra dünyasını dəyişənlərin xatirəsinin yad olunması barədə qərar verib.

Qərara əsasən, Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və qadınlar arasında dünya çempionatının pley-off oyunlarından öncə bir dəqiqəlik sükut ediləcək.

Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.


Etiketlər:  Olimpiakos Qarabağ matçı sükutla başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ