Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbi zavodda PARTLAYIŞ: Ölənlər var

Hərbi zavodda PARTLAYIŞ: Ölənlər var

Tarix: 4 Oktyabr 2022 21:36

Bolqarıstanın Kazanlik şəhərində hərbi zavodda partlayış baş verib və nəticədə 3 nəfər həlak olub.

Milli.Az lent.az-a istinadla bildirir ki, "Arsenal" zavodunda baş vermiş insidentlə bağlı siqnal səhər saat 11-dən sonra regional yanğın təhlükəsizliyi və ictimai mühafizə idarəsinə daxil olub. Hadisə yerinə Kazanlıqdan iki yanğınsöndürən maşın, o cümlədən idarənin yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları göndərilib.

Şahidlər son dərəcə güclü partlayışın və ərazinin üzərində qara buludun olduğunu bildiriblər. Bundan əlavə, partlayış nəticəsində 3 nəfərin öldüyü, daha 3 nəfərin yaralandığı barədə məlumat var.

Kazanlık şəhərindəki "Arsenal" zavodu atıcı silahlar, patronlar, həmçinin onlar üçün kiçik artilleriya sistemləri və mərmi istehsalı ilə məşğuldur.

Milli.Az


Etiketlər:  Hərbi zavodda PARTLAYIŞ Ölənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ