Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2022 06:30
Avstraliyanın cənub-qərbindəki çimərlikdə turist kişi iki oğlunu sudan çıxarmaq istəyərkən boğulub.
Sonxeber.net bildirir ki, bu barədə "Daily Mail" yazır.
Faciə şənbə günü, oktyabrın 1-də Yallinqup çimərliyində baş verib. Adı açıqlanmayan 50 yaşlı kişi iki yeniyetmə oğlu ilə birlikdə Pertdən tətilə gəlib. Bir müddət sonra ataya elə gəlib ki, dənizə üzməyə gedən övladları boğulur - turist üzə bilməməsinə baxmayaraq, dərhal qaçaraq oğlanları sudan xilas etməyə qaçıb.
Suda avstraliyalı panikaya düşüb və oğullarının gözü qarşısında boğulmağa başlayıb. Kişini çimərliyə gələnlər sahilə sürükləyiblər, lakin artıq gec olub - o ölüb. Hadisə zamanı yeniyetmələr xəsarət almayıb.
İrfan Vəliyev