Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sənin ucbatından bütün pullarımı itirdim'' - Xalq artistinin əməkdar artisti döyməsinə SƏBƏB

''Sənin ucbatından bütün pullarımı itirdim'' - Xalq artistinin əməkdar artisti döyməsinə SƏBƏB

Tarix: 5 Oktyabr 2022 09:50

"İnsanda şans olmalıdır. Milyon dənə mahnı oxuyursan, heç tutmur. Amma gözləmədiyin anda oxuduğun bir mahnı tutur. Azərbaycanda elə bir bəstəkar yoxdur ki, onunla çalışmayım. Amma o vaxt hüquq fakültəsində təhsil alan bir tələbənin mahnısını oxudum, indi də o mahnı dillər əzbəridir. Söhbət "Ürəyimlə bacarmıram" mahnısından gedir. Mahnı var ki, kütlə üçün yazılıb, mahnı da var ki, sırf müəyyən təbəqə ona qulaq asır. Bu tip mahnıları hər təbəqə anlaya bilməz. Hərdən bəzi insanlar baxış sayı ilə səviyyəni qarışdırırlar. Onlar başa düşmürlər ki, hansı mahnıya ki, baxış sayı azdır, onu duyanlar çox azdır. Çünki qaymaq həmişə az olur, ayran çox olur".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Nüşabə Ələsgərli deyib. O, daha sonra əlavə edib.

"Həyatda elə günah var ki, bağışlaya bilərsən, eləsi də var ki, bağışlanmazdır! Necə ki, cinayətlərin ağırı da var, yüngülü də. Hansı günahı bağışlaya bilmirəmsə astaca oradan uzaqlaşıram.  Kin-küdurət saxlamıram. Mənə qarşı saymamazlıq edən insandan inciyirəm. Danışdırmadığım insan üçün də dua edirəm. Heç istəmərəm ki, ayağına daş dəysin" deyə müğənni bildirib.

Müğənni daha sonra aktrisalıq fəaliyyətindən danışaraq Nəsibə Zeynalova ilə bağlı bir əhvalatı bizimlə bölüşüb.

"Sənətdə bəxtim gətirib ki, Nəsibə Zeynalova kimi sənətkarla tərəf müqabili olmuşam, onun qızını oynamışam. "Qaynana əməliyyatı" adlı iki hissəli televiziya tamaşası idi. Səidə Quliyeva bir qızı idi, mən də o biri qızı. Tv tamaşasında qaynananın öz kürəkənlərinin başına açdığı oyundan söz açılırdı. Onunla oynayanda bizi gülmək tuturdu. Sağında mən oturmuşdum, solunda da Səidə xanım. Nəsibə xanım bizi danlayır ki, kürəkənlərimə çox üz vermisiz. Nəsibə xanım bilmirəm nəsə söz dedi, ona baxıb güldüm. İndi məni gülmək tutub, özümü saxlaya bilmirəm. Bir də gördüm Nəsibə xanım məni vurdu. Dedi ki, "niyə gülürsən? Sənin ucbatından bütün pullarımı itirdim". Bu yeri heç ssenaridə yox idi, improvizə idi. O mənim gülüşümü ört-basdır etdi. Çünki orada gülməli deyildim, ağlamalı idim. O qədər böyük istedad sahibi idi ki. Ona nə qədər də "gülüş kraliçası" yenə də ona azdır", - deyə müğənni bildirib.


Etiketlər:  Sənin ucbatından bütün pullarımı itirdim Xalq artistinin əməkdar artisti döyməsinə SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ