Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artistindən məktəbdəki davaya reaksiya: "Güclünün "adamı" var deyə..."

Xalq artistindən məktəbdəki davaya reaksiya:

Tarix: 5 Oktyabr 2022 14:35

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az lent.az-a istindən xəbər verir ki, o, "Instagram" hesabında şagirdin məktəbdə sinif yoldaşını döyməsi ilə bağlı qalmaqallı məsələyə münasibət bildirib.

İfaçı paylaşımında bu sözləri yazıb:

"Vicdansızlıq etməyin, şeytana qoşulub Allahın əleyhinə getməyin! Güclünün "adamı" var deyə, fağırı incitməyin!

Ay "iki uşaq vuruşub" deyənlər, guya bilmirsiniz ki, vuruşarkən iki tərəfin vurması şərtdir? Guya bilmirsiniz ki, tək tərəf zərbə endirirsə, bu, cinayətdir?

Təbiətin qarşısında biz qarışqayıq, heç olmazsa, öz vicdanınız qarşısında qarışqa olmayın. Haqqı nahaqqa möhtac qoymayın".

Milli.Az


Etiketlər:  Xalq artistindən məktəbdəki davaya reaksiya Güclünün adamı var deyə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ