Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya bu ölkənin müvəqqəti işlər vəkilini persona non-qrata elan etdi

Rusiya bu ölkənin müvəqqəti işlər vəkilini persona non-qrata elan etdi

Tarix: 6 Oktyabr 2022 08:48

Rusiya Litvanın Moskvadakı səfirliyində müvəqqəti işlər vəkili Virciniya Umbraseneni persona non-qrata elan edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb:

"Səfirlik əməkdaşına Litvanın Moskvadakı səfirliyində vəzifədə olan müvəqqəti işlər vəkili Umbrasenin persona non qrata elan edildiyinə dair nota verilib. Umbrasene 5 gün ərzində Rusiya ərazisini tərk etməlidir".

Nazirlikdən verilən yazılı açıqlamada Rusiyanın Vilnüsdəki səfirliyində vəzifə yerinə yetirən müvəqqəti işlər vəkili Sergey Ryabokonun persona non-qrata elan edildiyi xatırladılıb.

"Litvanın Rusiya ilə münasibətləri tamamilə pozmaq üçün düşmənçilik siyasəti yürütdüyü" vurğulanaraq, paytaxt Moskvada Litvanın mədəniyyət mərkəzinin fəaliyyətinin dondurulduğu bildirilib.

Bəyanatda gələcəkdə Vilnüsün "dost olmayan" addımlarına qarşı əlavə tədbirlərin görüləcəyi qeyd olunub.


Etiketlər:  Rusiya ölkənin müvəqqəti işlər vəkilini persona qrata elan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ