Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2022 11:00
Amerikanın Florida ştatının Fort Mayers şəhərinin sakini Nişel Harris-Maylsın ürəyinə qasırğa zamanı damdan düşən mismar batıb.
Sonxeber.net bildirir ki, "Mirror"un məlumatına görə, bir həftə sonra 40 yaşlı qadın dünyasını dəyişib.
Hər şey əmisi qızı Şanel Mastonu və iki rəfiqəsini şənliyə dəvət edən Harris-Maylsın ad günündə baş verib. O gün birdən "İen" qasırğası başlayıb. Qadının kirayə yaşadığı mənzil dağılmağa başlayıb və güclü yağışdan sonra otağa su dolub.
"Biz bir-birimizi çarşafla bağladıq, döşəkdə uzandıq. Döşəmənin altından su çox sürətlə qalxıb. Damın parçaları üstümüzə düşüb", - Maston xatırlayıb.
Bir anda damdan mismar düşüb və Harris-Maylsın ürəyinə girib, aortaya toxunub. Qohumunun sözlərinə görə, o, xilasetmə xidmətini çağırmağa çalışsa da, telefonu götürən olmayıb. Qadınlar küçəyə çıxmağa bacarana qədər otaqda 14 saat keçiriblər. Həkimlər bir həftə qurbanın həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.
İrfan Vəliyev