Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Fənərbaxça” və “Arsenal” evdə, MY səfərdə sevindi

“Fənərbaxça” və “Arsenal” evdə, MY səfərdə sevindi

Tarix: 7 Oktyabr 2022 07:38

Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, 8 qrupda ümumilikdə 16 görüş baş tutub.

Türkiyə təmsilçilərindən "Trabzonspor" "Monako"nun qonağı olub və məğlubiyyətə üzülüb. B qrupunda yer alan "Fənərbaxça" isə AEK (Larnaka) komandasını məğlub yola salıb.

"Mançester Yunayted" Kiprdə "Omoniya"nı sınağa çəkib. Beş qolluq qarşılaşma "qırmızı şeytanlar"ın çətin qələbəsiylə bitib. E qrupunun digər görüşündə "Şerif" Moldovada "Real Sosyedad"la üz-üzə gəlib və 2 cavabsız qolla uduzub.

Turnirin favoritlərindən hesab olunan İngiltərənin digər komandası "Arsenal" Norveç "Bodo Qlimt"ini qəbul edib və 3 cavabsız qolla qalib gəlib. "Roma" isə doğma meydanda "Betis"ə uduzub.

Avropa Liqası
Qrup mərhələsi, 3-cü tur
6 oktyabr

A qrupu

Sürix (İsveçrə) - PSV (Niderland) 1:5
Qol: Okita, 87 - Vertessen, 10; 15. Qakpo, 21; 55. Simons, 35.

Arsenal (İngiltərə) - Bodo Qlimt (Norveç) 3:0
Qol: Nketia, 23. Holdinq, 28. Vyeyra, 85.

Xal: Arsenal - 6. Bodo Qlimt - 4. PSV - 4. Sürix - 0.

B qrupu

Fənərbaxça (Türkiyə) - AEK (Kipr, Larnaka) 2:0
Qol: Batşuayi, 26. Mamas, 80-öz qapısına.

Renn (Fransa) - Dinamo (Kiyev, Ukrayna) 2:1
Qol: Terrye, 23. Doue, 89 - Tsiqankov, 33.

Xal: Renn - 7. Fənərbaxça - 7. AEK - 3. Dinamo - 0.

C qrupu

HJK (Finlandiya) - Ludoqorets (Bolqarıstan) 1:1
Qol: Hetemay, 55 - Tissera, 10.

Roma (İtaliya) - Betis (İspaniya) 1:2
Qol: Dibala, 34-pen - Rodriqes, 40. L.Henrike, 88.

Xal: Betis - 9. Ludoqorets - 4. Roma - 3. HJK - 1.

D qrupu

Malmö (İsveç) - Union Berlin (Almaniya) 0:1
Qol: Bekker, 68.

Braqa (Portuqaliya) - Yunion (Belçika) 1:2
Qol: A.Ruis, 49 - Nilsson, 86. Saykes, 90+4.

Xal: Yunion - 9. Braqa - 6. Union Berlin - 3. Malmö - 0.

E qrupu

Omoniya (Kipr) - Mançester Yunayted (İngiltərə) 2:3
Qol: Ansarifard, 34. Panayotu, 85 - Reşford, 53; 84. Marsyal, 63.

Şerif (Moldova) - Real Sosyedad (İspaniya) 0:2
Qol: D.Silva, 53. Elustondo, 62.

Xal: Real Sosyedad - 9. Mançester Yunayted - 6. Şerif - 3. Omoniya - 0.

F qrupu

Şturm (Avstriya) - Latsio (İtaliya) 0:0

Midtyulland (Danimarka) - Feyenoord (Niderland) 2:2
Qol: İsaksen, 54. Juninyo, 85 - Şimanski, 23. O.Kökcü, 45-pen.

Xal: Feyenoord - 4. Midtyulland - 4. Latsio - 4. Şturm - 4.

G qrupu

Frayburq (Almaniya) - Nant (Fransa) 2:0
Qol: Kyere, 48. Qrifo, 72.

Olimpiakos (Yunanıstan) - Qarabağ (Azərbaycan) 0:3
Qol: K.Ovusu, 68. M.Veşoviç, 82. R.Şeydayev, 86.

Xal: Frayburq - 9. Qarabağ - 6. Nant - 3. Olimpiakos - 0.

H qrupu

Srvena Zvezda (Serbiya) - Ferentsvaroş (Macarıstan) 4:1
Qol: Kanqa, 27; 60. Mitroviç, 35. Katai, 51 - Zakariassen, 71.

Monako (Fransa) - Trabzonspor (Türkiyə) 3:1
Qol: Ben Yedder, 14; 45+2. Disasi, 55 - Bakasetas, 72.

Xal: Ferentsvaroş - 6. Monako - 6. Trabzonspor - 3. Srvena Zvezda - 3.

Milli.Az


Etiketlər:  Fənərbaxça Arsenal evdə MY səfərdə sevindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ