Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2019 20:56
“Roma”nın futbolçusu Lorenso Pelleqrini sıradan çıxıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, İtaliya A Seriyasının 6-cı turunun “Leççe” ilə oyununda zədələnən yarımmüdafiəçi əməliyyat olunub. Pelleqrininin ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm A Seriyasında 6 oyunda meydana çıxıb və 4 qol ötürməsi edib.