Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kasilyasdan sonra Puyol da paylaşımını sildi və üzr istədi

Kasilyasdan sonra Puyol da paylaşımını sildi və üzr istədi

Tarix: 10 Oktyabr 2022 15:48

"Barselona"nın və İspaniya millisinin əfsanəvi müdafiəçisi Karles Puyol İker Kasilyasın tvitinin altında yazdığı zarafatını silib və ona görə üzr istəyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "mən səhv etdim. Bu yöndəmsiz zarafat üçün üzr istəyirəm, bu, pis niyyətli deyildi və tamamilə yersiz idi. Başa düşürəm ki, bu, kiminsə hisslərini incidə bilər. LGBT icmasına hörmətim və dəstəyim var", - Puyol öz "Twitter" səhifəsində yazıb.

Madrid "Real"ının keçmiş qapıçısı İker Kasilyas sosial şəbəkə hesabının hakerlər tərəfindən müvəqqəti olaraq ələ keçirildiyini yazıb.

O, məlum paylaşıma görə izləyicilərindən və LGBT icması üzvlərindən üzr istəyib.

Qeyd edək ki, bir müddət əvvəl futbolçunun hesabından cinsi oriyentasiyasını dəyişməsi barədə paylaşım olunub. Lakin təxminən bir saat sonra tvit silinib.


Etiketlər:  Kasilyasdan sonra Puyol paylaşımını sildi üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ