Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2022 18:30
Avstraliyada iki ekofəal Viktoriya Milli Qalereyasında Pablo Pikassonun tablosuna əllərini yapışdırdıqları üçün həbs edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, etiraz aksiyasını "Extinction Rebellion" qrupundan olan 59 yaşlı kişi və 49 yaşlı qadın həyata keçirib.
Cütlük "İqlim xaosu = müharibə və aclıq" yazılmış pankart açıb, aksiyalarını canlı yayımlayıblar.
Nəticədə qalereyanın ziyarətçiləri təxliyə edilib.
Qeyd olunur ki, Pikassonun 1951-ci ildə yazdığı "Koreyada qırğın" tablosu etiraz zamanı zədələnməyib. Belə ki, onun üzərində qoruyucu şüşə olub.