Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibəyə son qoya biləcək bir adam var

Müharibəyə son qoya biləcək bir adam var

Tarix: 11 Oktyabr 2022 23:36

Ukraynada müharibəyə son qoya biləcək adam ABŞ-ın sabiq prezidenti Donald Trampdır.

Bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.

Berlində panel müzakirələrində çıxış edən Orban danışıqların Ukrayna-Rusiya arasında deyil, Rusiya-ABŞ arasında getməli olduğunu və ABŞ-ı Trampın təmsil etməsi gərəkdiyini bildirib:

"Yalnız ABŞ-Rusiya danışıqları müharibəyə son qoya bilər".

Orban bildirib ki, ukraynalıların resursu sonsuzdur, çünki onlar bunu ABŞ-dan alırlar:

"Yalnız ABŞ-ın hərbi dəstəyi sayəsində Ukrayna mübarizə apara bilir. Müharibənin taleyi resurslardadır. Bu konstekstdə Rusiyanın enerji ehtiyatları, hərbi və insani resursları da sərhədsizdir".

Onun sözlərinə görə, Bayden Putini "hərbi cinayətkar" adlandırmaqla, həddən artıq irəli gedib: "Buna görə də onun sülh bağlaması çətin olar. Bu baxımdan sülh üçün ümid Trampadır".


Etiketlər:  Müharibəyə qoya biləcək adam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ