Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''NATO heç vaxt Rusiyaya...''

''NATO heç vaxt Rusiyaya...''

Tarix: 12 Oktyabr 2022 08:04

"Şimali Atlantika Müqaviləsi Təşkilatı heç vaxt Rusiyaya "imtiyaz" verməyəcək ki, Ukraynada nüvə silahının mümkün istifadəsinə NATO-nun cavabını əvvəlcədən bilsin".

Sonxeber.net "report"a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO Rusiya nüvə qüvvələrinin hazırlığını və ya ölkənin nüvə siyasətində dəyişiklikləri müşahidə etməyib.

"Bununla belə, biz ayıq qalacağıq və təbii ki, onlara Ukraynada nüvə silahının tətbiqinə necə cavab verəcəyimizi dəqiq bilmək imtiyazını heç vaxt verməyəcəyik. Qərbin Ukraynaya dəstəyinin risksiz alternativləri yoxdur, halbuki Rusiyanın münaqişədə qələbəsi alyansın müttəfiqlərini böyük risk altına atacaq".


Etiketlər:  NATO heç vaxt Rusiyaya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ