Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2022 08:42
"Rusiyanın ordusu tükənib, təchizat və döyüş sursatı bitmək üzrədir".
Sonxeber.net "report"a istinadən bildirir ki, bu fikri Böyük Britaniyanın Hökumət Kommunikasiya Mərkəzinin (elektron kəşfiyyat xidməti - Red) rəhbəri Ceremi Fleminq deyib.
Onun sözlərinə görə, məhbusların və təcrübəsiz insanların səfərbər olunması ümidsiz vəziyyətin göstərcisidir.
Taktiki nüvə silahlarının istifadəsi ilə bağlı narahatlıqlara gəlincə, Ceremi Fleminq, onlardan istifadə ilə bağlı hər hansı söhbətin son dərəcə təhlükəli olduğunu bildirib.