Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Son sutkada İran istehsalı olan 12 PUA zərərsizləşdirilib" - Ukrayna Baş Qərargahı

Tarix: 12 Oktyabr 2022 11:10

"Son sutkada Ukrayna Silahlı Qüvvələri İran istehsalı olan 12 PUA-nı məhv edib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

Qeyd olunub ki, həmçinin Rusiyanın 2 hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib:

"Bundan başqa, 12 nəzarət məntəqəsi, canlı qüvvə, silah-sursat və hərbi texnikanın cəmləşdiyi 17 ərazi, eləcə də düşmənin 20-dən çox digər mühüm obyekti vurulub".

Məlumata görə, Belarusun müdafiə-sənaye kompleksi artıq döyüş əməliyyatları zamanı zədələnmiş Rusiya texnikasının təmiri ilə məşğuldur:

"Ötən sutka ərzində Rusiya tərəfi 1 ballistik və 28 qanadlı raket atıb. Qanadlı raketlərdən 2-si məhv edilib".

Milli.Az


Etiketlər:  Son sutkada İran istehsalı olan 12 PUA zərərsizləşdirilib Ukrayna Baş Qərargahı


RƏYLƏR