Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2022 17:08
Dünyada ərzaq məhsullarının 6 aydır ki ucuzlaşdığı deyilir. Bu məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında qeyd olunub.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, xarici ölkələrdə olan bu tendensiya Azərbaycandan yan keçib. Marketlərdə qiymətlər enmir, hətta günbəgün artır.
Bəzi məhsullar da var ki onların xaricdəki və ölkədəki qiymətləri arasında xeyli fərq var. Dövlət Statitistika Komitəsinin məlumatına görə, Azərbaycana Yeni Zellandiyadan gətirilən kərə yağının pərakəndə satış qiyməti idxal qiymətini 2 dəfəyə yaxın üstələyir. Həmin yağlar Yeni Zellandiyada 10 manata olduğu halda bizdə təxminən 20 manata təklif edilir.
Vətəndaşlar da hansısa məhsulun qiymətində azalma müşahidə etmədiklərini bildirirlər.
İqtisadçı ekspert Elman Sadıqov da təsdiq edir ki, son 5 ayda dünyada ərzaqların ucuzlaşması müşahidə olunur. O bildirir ki, xüsusən də bitki yağlarının, şəkər, ət və süd məhsullarının qiymətində bu daha çox hiss olunur.
Elman Sadıqov deyir ki, ucuzlaşmanın Azərbaycana təsir etməməməsinin əsas səbəbi həmin məhsulların və ya onların hazırlandığı xammalın xeyli əvvəl alınmasıdır.
Ekspert hesab edir ki, digər ölkələrdəki ərzaq ucuzlaşması bir müddət sonra Azərbaycana da təsir edəcək.