Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

SON DƏQİQƏ! Putinə BÖYÜK ŞOK - Krım partlayışında ABŞ izi - VİDEO

SON DƏQİQƏ! Putinə BÖYÜK ŞOK - Krım partlayışında ABŞ izi - VİDEO

Tarix: 13 Oktyabr 2022 15:12

2014-cü ildə ilhaq edilən Krımı Rusiya ərazisinə birləşdirən 19 kilometrlik körpünün partladılması 8 aydır davam edən Ukrayna müharibəsində gərginliyi pik həddə çatdırıb. Rusiyanın cavab olaraq Ukraynanın bir çox şəhərlərini, xüsusilə Kiyev, Xarkov, Dnepr və Lvovu raket atəşinə tutub.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) körpüyə hücumun Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov tərəfindən təşkil edildiyini iddia etsə də, ekspert təhlilləri çox fərqli bir ssenariyə diqqət çəkir.

Ukrayna hücuma görə məsuliyyəti öz üzərinə götürməsə də, FSB bombanın Odessadan yola çıxdığını, Bolqarıstan və Ermənistan vasitəsilə Gürcüstana göndərildiyini və oradan da Rusiya sərhədini keçdiyini iddia edir.

PARTLAYIŞDA DİQQƏT ÇƏKƏN MƏQAM

Hücumla bağlı araşdırma aparan Rusiya səlahiyyətliləri partlayıcılarla dolu yük maşınının Rusiya üçün həyati əhəmiyyət kəsb edən keçidi partlatdığını açıqlayıb.

Qlobal "OSINT Molfar" mərkəzinin analitikləri isə iddia edirlər ki, yolun səthində yük maşınının daşıdığı bombadan qaynaqlanan dəlik yoxdur və görüntülər körpünün aşağıdan partladıldığına işarə edir.

"Partlayış anında çökən hissənin altında dalğa yaranıb. Suyun digər hissələrində dalğalanma müşahidə olunmur. Bu onu göstərir ki, əraziyə hava və ya sudan müdaxilə edilib", - məlumatda bildirilir.

Yayılan görüntülər də təhlil mərkəzinin xəbərini təsdiqləyir. Dəmiryol kamerasından çəkilən videoda suyun partlayışdan əvvəl hərəkət etdiyi görünür.

HÜCUMUN ARXASINDA ABŞ İZİ...

"Molfar" analitikləri iddia edirlər ki, hücumun arxasında ABŞ tərəfindən təchiz edilmiş sualtı pilotsuz təyyarə dayana bilər.

"Daily Mail" qəzeti daha əvvəl Rusiya Hərbi Dəniz Qüvvələrinin istifadə etdiyi Sevastopol sahillərində tapılan sualtı pilotsuz aparata diqqət çəkərək yazıb: "ABŞ onları yəqin ki, apreldə təslim etmişdi".

Kreml hücumla əlaqədar 5-i rus, 3-ü ukraynalı və 1-i erməni olmaqla 9 nəfəri həbs etdiyini açıqlayıb. Ukrayna isə Rusiyanın hücumla bağlı iddialarını "cəfəngiyyat" adlandırır.

Milli.Az


Etiketlər:  SON DƏQİQƏ Putinə BÖYÜK ŞOK Krım partlayışında ABŞ izi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ