Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2022 17:26
İspaniyanın Madriddəki La Paz Universitet Xəstəxanasının alimləri dünyada ilk dəfə ölü bir insandan 13 aylıq qıza bağırsaq transplantasiyası əməliyyatı keçiriblər.
Sonxeber.net bildirir ki, bu barədə "Kadena SER" radiostansiyası xəbər verib.
Qıza həyatının ilk ayından bağırsaq çatışmazlığı diaqnozu qoyulub. Əvvəllər oxşar cərrahi əməliyyatlar (asistol donorunun orqanı ilə) heç vaxt uğurla həyata keçirilməyib. Transplantasiya xəstəxanası İspaniyada bütün növ uşaq transplantasiyasına icazə verən yeganə xəstəxanadır. Qız artıq xəstəxanadan buraxılıb, səhhətinin yaxşı olduğu müşahidə edilib.
İrfan Vəliyev