Tarix: 2 Oktyabr 2019 14:40
PSJ-nin baş məşqçisi Tomas Tuhel dünən Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray”la keçirilən oyunda turnirin tarixinə düşüb.
Qol.az xəbər verir ki, görüşün baş hakimi Şimon Marçinyak matçın 39-cu dəqiqəsində onun qərarına sərt şəkildə etiraz etdiyi üçün almaniyalı mütəxəssisə sarı vərəqə göstərib. Bununla da Tuhel ÇL-də sarı vərəqə alan ilk baş məşqçi olub.
Qeyd edək ki, Çempionlar Liqasının oyunlarında texniki zonada olanlara sarı vərəqə göstərilməsi qərarı bu mövsümdən etibarən FIFA tərəfindən verilib.