Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğlu haqqında elə bir yalan uydurdu ki...

Oğlu haqqında elə bir yalan uydurdu ki...

Tarix: 14 Oktyabr 2022 21:02

Amerikanın Nyu-York ştatının Adams şəhərinin sakini ianə almaq üçün oğlunun ölümünü saxtalaşdırıb.

Sonxeber.net bildirir ki, bu barədə "7 News" xəbər verir.

Polis 30 yaşlı Kaleb D. Stevensi həbs edib. Müstəntiqlərin sözlərinə görə, kişi başqalarına deyib ki, dörd yaşlı oğluna leykozun üçüncü mərhələsi diaqnozu qoyulub və o, xəstəxanada ölüb.

Amerikalı həmkarlarına oğlunun dəfni üçün pul lazım olduğu haqda yalan danışıb. Ən azı iki nəfər Stivensə acıyıb və xərcləri ödəməyə kömək etmək üçün ümumilikdə 1500 dollar bağışlayıb.

Polis həmin şəxsin oğlunun sağ və sağlam olduğunu müəyyən edib. Ata rəğbət və ianə almaq üçün hekayəni əvvəldən sona qədər uydurub.

Həmin şəxs dələduzluq və mənimsəmədə ittiham olunub.

İrfan Vəliyev


Etiketlər:  Oğlu haqqında elə yalan uydurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ