Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski şahzadədən maliyyə yardımı istədi

Zelenski şahzadədən maliyyə  yardımı istədi

Tarix: 15 Oktyabr 2022 08:22

Prezident Vladimir Zelenski Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman ilə ukraynalı hərbi əsirlərin azad edilməsi və Ukraynaya maliyyə yardımının göstərilməsi üçün əməkdaşlıq məsələsini müzakirə edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna dövlət başçısı Tvitter səhifəsində məlumat yayıb.

"Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla müzakirə apardıq. Ukraynanın ərazi bütövlüyünü və BMT Baş Assambleyasında qəbul etdiyimiz qətnaməni dəstəklədiyinə görə təşəkkür etdim. Biz ukraynalı hərbi əsirlərin azad edilməsi ilə bağlı əməkdaşlıq etmək barədə razılığa gəldik. Səudiyyə Ərəbistanının Ukraynaya makromaliyyə dəstəyi göstərməsi barədə razılaşdıq", - deyə Zelenski bildirib.


Etiketlər:  Zelenski şahzadədən maliyyə yardımı istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ