Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2022 10:35
Türkiyəli müğənni Sərdar Ortaç ötən gün səhnəyə çıxdığı məkanların birində şəxsi həyatı barədə danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o keçmiş model həyat yoldaşı Xloe Luqnanla evliliyində bəhs edib:
"Sevdiklərinizi əsəbiləşdirməyin, ani qərarlar verməyin. Sonra çox peşman olarsınız. Mən evliliyimi davam etdirə bilmədiyim üçün çox peşman oldum".
Qeyd edək ki, S.Ortaç daha öncə müsahibələrinin birində alimentə görə məhkəməlik olduğu keçmiş həyat yoldaşı haqqında "Şeytan görsün üzünü, ondan uşaq sahibi olmadığım üçün şanslıyam" söyləmişdi.