Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyanın bizə vermək üçün silahları yoxdur'' - Erməni etirazçılar

''Rusiyanın bizə vermək üçün silahları yoxdur'' - Erməni etirazçılar

Tarix: 15 Oktyabr 2022 20:48

Bu gün Ermənistanın Azadlıq Meydanında kütləvi mitinq keçirilir.

Müxalifət partiyaların təşkil etdiyi mitinqdə Rusiya əleyhinə ittihamlar da səsləndirilib.

Siyasətçi Qaregin Çuqasyan çıxışı zamanı bildirib ki, Rusiya Ukraynada geri çəkilir: "Rusiyanın bizə vermək üçün nəinki müasir silahları yoxdur, hətta bir neçə aya sahib olduqları da tükənəcək. Rusiyanın tükənən hərbi resurslarını tamamlamağa çalışacaq müttəfiqi belə yoxdur. Ukraynadakı müharibə səbəbindən Rusiyada ayda təxminən 10 milyard dollarlıq boşluq var ki, onu da bir neçə ay ərzində ehtiyatlardan doldura bilər. Bundan sonra isə əsl iqtisadi fəlakət başlayacaq. Bu gün rus qazı Türkiyə vasitəsilə beynəlxalq bazara çıxmağa çalışır. Buna görə də Türkiyənin Rusiya üçün əhəmiyyəti daha da artır. Hörmətli insanlar, özünüz nəticə çıxarın", - deyə o əlavə edib.


Etiketlər:  Rusiyanın bizə vermək üçün silahları yoxdur Erməni etirazçılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ