Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2022 22:24
Avropa İttifaqı Rusiya kömürü əvəzinə Cənubi Afrika Respublikası (CAR) və Kolumbiyadan daha baha qiymətə kömür alır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, "Eurostat"ın məlumatları bunu təsdiqləyir.
Bu ilin avqust ayında Avropa ölkələri Rusiyadan 374 milyon dollar dəyərində kömür alıb. Bu, iyul ayı ilə müqayisədə iki dəfə azdır. Bunun müqabilində CAR Avropaya kömür ixracını 3,4 dəfə, Kolumbiya 2 dəfə artırıb. Avqust ayında Avropa ölkələri CAR-dan 1,6 mln. ton, Kolumbiyadan 1,4 mln. ton kömür alıblar.
Rusiya kömüründən imtina Avropa ölkələri üçün il ərzində 8,5 mlrd. dollar əlavə xərcə gətirib çıxarır.