Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Masajçısına görə məhkəmədə ifadə verəcək - Qalmaqallı iş

Masajçısına görə məhkəmədə ifadə verəcək - Qalmaqallı iş

Tarix: 16 Oktyabr 2022 00:34

Məşhur Hollivud aktyoru Mel Gibson prodüser Harvi Vaynşteynin məhkəmə işində şahid ola bilər.

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, aktyor bu işdə şahidlərdən biri hesab edilir.

Hakim Lisa Lençin qərarına görə, Gibson Ceyn Doe kimi tanınan masajçısı və dostuna dəstək vermək üçün ifadə verə bilər.

Qeyd edək ki, Vaynşteyn bir neçə cinsi təcavüz hadisəsinə görə 23 il həbs cəzasına məhkum edilib. Bir müddət əvvəl Nyu-York Apellyasiya Məhkəməsi prodüserin apellyasiya şikayətinə icazə verilməsi tələbini təmin edib.

Vaynşteynin vəkili də hökmdən verilən apellyasiya şikayəti üzrə nəticələrin gələn ilə qədər olacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, prodüser 2023 və ya 2024-cü ildə azad insan ola bilər. Belə ki, iş məhkəmədə yenidən baxılsa Vaynşteyn girov müqabilində həbsxanadan buraxıla bilər.


Etiketlər:  Masajçısına görə məhkəmədə ifadə verəcək Qalmaqallı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ