Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aran iqtisadi rayonunda sahibkarlara 590 milyon manatdan çox güzəştli kredit verilib - Nazir müavini

Aran iqtisadi rayonunda sahibkarlara 590 milyon manatdan çox güzəştli kredit verilib - Nazir müavini

Tarix: 2 Oktyabr 2019 18:09

Bakı. Samir Əli - Trend:

Özəl sektorun iqtisadiyyatda rolunun daha da artırılması məqsədilə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu dəstək tədbirlərindən biri də sahibkarların dövlətin güzəştli kreditləri ilə təminatıdır. Bu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 130 milyon manatadək güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Saatlıda sahibkarlarla keçirilən işgüzar forumda deyib.

Nazir müavini bildirib ki, işgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,4 milyon manatadək güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, bağçılıq, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox iş yerinin açılması mümkün olacaq.

Qeyd edilib ki, ümumilikdə bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 milyon manatdan çox güzəştli kredit verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Aran iqtisadi rayonunda sahibkarlara milyon manatdan çox güzəştli kredit verilib Nazir müavini


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ