Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

III Çarlz II Elizabetin 12 yarış atını satacaq

III Çarlz II Elizabetin 12 yarış atını satacaq

Tarix: 17 Oktyabr 2022 18:46

Böyük Britaniya kralı III Çarlz anası II Elizabetə məxsus 12 yarış atını satışa çıxaracaq.

Atlar oktyabrın sonuna qədər "Tattersalls"da satılacaq. Heyvanlar əlahəzrətə at yarışlarının böyük həvəskarı olan anasından miras qalıb. Lakin yeni kral onların sayını azaltmağı planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mənbələrin bildirdiyinə görə, Fars körfəzi dövlətlərində artıq kral atlarının alınmasına maraq göstərilib.

Qeyd edək ki, bu il yarışda II Elizabetə məxsus ümumilikdə 37 at iştirak edib. III Çarlzın özü isə Sandrinqemdə saxlanılan 60 ata sahibdir.

Milli.Az


Etiketlər:  III Çarlz II Elizabetin 12 yarış atını satacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ