Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda qardaş bacısını vatsap “status”una görə bıçaqladı

Bakıda qardaş bacısını vatsap “status”una görə bıçaqladı

Tarix: 18 Oktyabr 2022 08:02

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub.

Sonxeber.net "APA"ya istinadən xəbər verir ki, Komsomol dairəsi kimi tanınan ərazidə qardaş bacısını bıçaqlayıb.

Belə ki, Asəf Əsədullayev küçəsində 1986-ci il təvəllüdlü Əhmədova Şəhanə Mərdan qızı həyat yoldaşı ilə birgə evə gələrkən qardaşı onları qarşılayıb.

Ş.Əhmədovanın qardaşı bıçaqla onun kürəyinə iki bıçaq zərbəsi vurub.

Əri mübahisənin qarşısını almaq istəyərkən Ş.Əhmədovanın qardaşı bildirib ki, o vatsap "status"unda (hekayə bölməsi) paylaşım etdiyinə görə bu əməli törədib.

Qadın 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hələlik "status"un nədən ibarət olduğu bilinmir.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakıda qardaş bacısını vatsap statusuna görə bıçaqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ