Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mərhələ keçməyi hədəfləmişik'' - ''Qəbələ''nin baş məşqçisi

''Mərhələ keçməyi hədəfləmişik'' - ''Qəbələ''nin baş məşqçisi

Tarix: 2 Oktyabr 2019 21:24

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçirilən APOEL (Kipr) – “Qəbələ” ilk matçından (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Famil Xəlilov açıqlama verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, matç barədə bildirib:
 
“Səfər oyununda istəyimiz qol vurmaq idi. Futbolçuları təbrik edirəm. Sona qədər çox yaxşı mübarizə apardılar. Rəqib meydanında qol vurduq. Bu, bizim üstünlüyümüzdür. Səfərdə qol vurduğumuz üçün üstünlük bizim tərəfimizdədir. Lakin hər şey bitməyib. Qəbələdə daha yaxşı mübarizə aparmaq, mərhələ keçməyi hədəfləmişik. Komandamız matça bir az həyəcanlı başladı. Amma vaxt keçdikcə futbolçular uyğunlaşdı. Bir neçə qol imkanımız oldu. Lakin yararlana bilmədik. Mmübarizəyə görə komandanı təbrik edirəm”.

 


Etiketlər:  Mərhələ keçməyi hədəfləmişik Qəbələnin baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ