Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2022 08:21
İran Rusiyaya silah və pilotsuz təyyarələr göndərdiyinə görə cəzalandırılmalıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna XİN-in sabiq başçısı, diplomat Vladimir Oqrızko deyib.
"İran vurulan Ukrayna təyyarəsinə görə məsuliyyətdən yayınmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. İndi onlar ukraynalıları qətlə yetirən Rusiyanı silahla təmin edirlər", - Oqrızko bildirib.
O qeyd edib ki, İran bu silahları Rusiyaya vermədiyi ilə bağlı həyasızcasına yalan danışır:
"Ona görə də bu ölkəyə və bu rejimə inanmaq sadəcə mənasızdır. Yeri gəlmişkən, bütün diplomatik karyeramda iranlılar qədər yalançı diplomat görməmişəm. Onlar bu gün dediklərini sabah inkar edirlər".