Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ordusu yenidən Kiyevə hücuma hazırlaşır – Şok gəlişmə

Rusiya ordusu yenidən Kiyevə hücuma hazırlaşır – Şok gəlişmə

Tarix: 18 Oktyabr 2022 21:46

"Rusiya Ukrayna paytaxtını Belarusdan ələ keçirmək cəhdini təkrarlaya bilər".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Ukrayna prezident aparatı rəhbərinin köməkçisi Aleksey Arestoviç deyib.

"Lukaşenkonun bəyanatları heç bir xüsusi təhlükə yaratmır. Ancaq nəzərə almaq lazımdır ki, Rusiya hücum üçün başqa istiqamət kimi Belarusdan istifadə edir", - Ukrayna rəsmisi bildirib.

Arestoviç bildirib ki, eşelonlar Belarusa gəlməyə başlayıb, ruslar 170 tank və 100 müxtəlif çaplı silahlardan ibarət bölmələr yaradıblar.

Rusiyanın Kiyevə hücum ehtimalından danışan Arestoviç qeyd edib:

"Müəyyən bölmə yaradacaqlar və bu, Kiyevi təhdid edəcək. Müəyyən şərtlər altında onu döyüşə ata bilərlər. Paytaxtı isə tuta bilməyəcəklər, biz onları məhv edəcəyik. Amma bu, bizə əlavə problemlər yaradacaq. Putinin yerində olsaydım, bundan çəkinərdim".

Onun sözlərinə görə, Kiyevə hücum qışa yaxın - noyabrın sonu və ya dekabrın ortalarında başlaya bilər: "Rusiya indi güc yığır, amma onlar cəsəd yığınına çevriləcəklər".

Milli.Az


Etiketlər:  Rusiya ordusu yenidən Kiyevə hücuma hazırlaşır Şok gəlişmə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ