Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 22:10
Böyük Britaniyanın keçmiş nəqliyyat naziri Qrant Şepps ölkənin yeni daxili işlər naziri təyin edilib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Britaniya Baş naziri Liz Trasın ofisinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, 54 yaşlı Şepps 2019-cu ildən nəqliyyat departamentinə rəhbərlik edir.
Şepps yəhudi ailəsində anadan olub. Baş nazirliyə namizəd iqtisadiyyat və maliyyə təhsili aldığı Mançester Politexnik məktəbini bitirib. Məzun olduqdan sonra şəxsi bizneslə məşğul olub, veb-saytlar hazırlayan, marketinq və dizayn sahəsində xidmətlər göstərən "PrintHouse Corporation" şirkətini qurub.
Onun Britaniya Parlamentinin İcmalar Palatasına daxil olmaq üçün ilk iki cəhdi (1997-ci il və 2001-ci il) uğursuz alınıb.
Bununla belə, 2005-ci ildə o, hələ də parlamentin aşağı palatasına vətəni Hertfordşirdəki Uelin-Hatfild seçki dairəsinin nümayəndəsi kimi daxil olaraq seçkilərdə qalib gələ bilib. Siyasətçi 1997-ci ildən iş qadını Belinda Qoldstonla evlidir, cütlüyün üç övladı var.
Qeyd edək ki, Böyük Britaniyanın yeni daxili işlər naziri Suella Bravermanı əvəz edib. Suella Braverman Baş nazir Liz Trasın rəhbərlik etdiyi hökumətin iqtisadi siyasəti ilə razılaşmadığı üçün istefa verib.