Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı metrosunda 7 vaqonluq qatarlar xəttə buraxılacaq

Bakı metrosunda 7 vaqonluq qatarlar xəttə buraxılacaq

Tarix: 20 Oktyabr 2022 15:34

Bakı metropoliteni xəttə yeni 7 vaqonluq qatarlar buraxacaq.

Bu barədə Milli.Az-a Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, yeni 7 vaqonluq qatarlar metronun Bənövşəyi xətti üzrə hərəkət edəcək.

"Artıq qatarların sınaqları həyata keçirilib. Yaxın günlərdə Bənövşəyi xətt üzrə 7 vaqonluq qatarlar xəttə buraxılacaq", - B.Məmmədov bildirib.

Xatırladaq ki, hazırda Bakı metropoliteninin bütün xətləri üzrə 5 vaqonluq qatarlar fəaliyyət göstərir.

Milli.Az


Etiketlər:  Bakı metrosunda 7 vaqonluq qatarlar xəttə buraxılacaq


RƏYLƏR