Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 18:30
"Bir dəfə yas məclisində idim. Molla xanım mikrofonu götürdü ki, bugünki yasın, mərhuma xanımın məclisinin sponsoru filankəs hacıdır. Elə çıxdı ki, filan hacı oturub başda, məclisin tədarükünü görüb. Atam ağlıma gəldi, hönkür-hönkür ağladım. O vaxt Bakıda mağar qurulmasına icazə verilmirdi. Cümə axşamları olanda atam gedirdi, nəyə gücü çatır yasda süfrənin altına qoyurdu gəlirdi. Heç kim bilmirdi: nə xanımı, nə uşağı utanırdı. İndi restoranda oturanda biri kənardan qışqırır: Bəhram müəllim, durarsınız, qonağımsan. Bütün hamı bilir ki, hesabı ödəyib. Mədəni insan susmalıdır, yola verməlisən".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə "Astar" yutub layihəsində deyib. Aktyor bildirib ki, yas məclisinə də sponsorluq edirlər.
Bağırzadə qazanc yerini açıqlayıb. O, restoranı olması haqda suala belə cavab verib:
"Yeni filmlərə çəkilirəm ki, ailəmi dolandırım. Pul üçün yola verirəm, reklamlardan qazanıram. Bir də ağlım var. Şirkətlər dəvət edir, onlar üçün layihə yazıram. Restoranım yoxdur, sinif yoldaşımın məkanıdır. reklam edir, pul qazanıram".