Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanlı milyarder Dubayın ən bahalı villasını aldı

Hindistanlı milyarder Dubayın ən bahalı villasını aldı

Tarix: 20 Oktyabr 2022 20:52

Hindistanın ən varlı adamı hesab edilən milyarder Mukeş Ambani Dubaydakı ən bahalı villanı 163 milyon dollara alıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sahibkar "Palm Jumeirah" bölgəsində Küveyt maqnatı Məhəmməd Alşayın ailəsinə məxsus malikanəni əldə edib.

Bundan əvvəl də Ambani Birləşmiş Ərəb Əmirliklərinin məşhur kurort şəhərində daşınmaz əmlak alıb. 2022-ci ilin əvvəlində o, 80 milyon dollarlıq evə sahibi olub.

Qeyd edək ki, varlı əcnəbilər Dubayda daşınmaz əmlak almaqda maraqlıdırlar. Belə ki, bu halda onlara 10 il müddətinə viza açılır.


Etiketlər:  Hindistanlı milyarder Dubayın bahalı villasını aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ