Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Araikə İrəvanda nəyi başa saldılar?

Araikə İrəvanda nəyi  başa saldılar?

Tarix: 20 Oktyabr 2022 22:36

"Qarabağ separatçılarının "lideri" Araik Arutunyana İrəvandakı görüşlərdə izah etdilər ki, Ermənistan gücsüzdür. Üstəlik, Azərbaycanla şifahi razılaşmalar var, ona görə problemlərinizi özünüz həll edin".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, baş separatçı Araik Arutunyan da indi Moskvaya getməyə hazırlaşır ki, Rusiyadakı dairələrin mövqeyini öyrənsin:

"Araik Arutunyan Moskvadan dəstək umarkən, İrəvan Qərblə yaxınlaşmağa çalışır. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosidən sonra Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Deyvid Prays İrəvana gedib. Amerikalı konqresmenlər və diplomatlar Azərbaycanla qarşıdurmada Ermənistana bir şərtlə dəstək vədi verirlər ki, İrəvan Rusiyadan uzaqlaşsın. Məsələn, qatı ermənipərəst konqresmen Frenk Pallone son açıqlamasında bildirib ki, ABŞ Ermənistanın təhlükəsizliyinə, o cümlədən NATO ilə yaxınlaşmasına təminat verməyə hazırdır, ancaq bunun üçün İrəvan Moskva ilə təhlükəsizlik anlaşmalarına yenidən baxmalı və Rusiyanın Gümrüdəki hərbi bazasından imtina etməlidir".

Politoloqun sözlərinə görə, amerikalılar Nikol Paşinyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da tərkinə təşviq etməyə çalışırlar:

"Baş nazir Paşinyan üçün təhlükəli gedişatdır. Çünki Paşinyan anlayır ki, ilk növbədə Rusiya ilə ittifaqdan imtina etmək onun özünə və Ermənistana baha başa gələcək. Digər tərəfdən, Rusiyanın yerinə ABŞ-ın Ermənistanın təhlükəsizliyinə təminat verəcəyinə əmin deyil".

Milli.Az


Etiketlər:  Araikə İrəvanda nəyi başa saldılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ