Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tüstüləyən təyyarədə sərnişinlərə dua etmək təklif olundu - VİDEO

Tüstüləyən təyyarədə sərnişinlərə dua etmək təklif olundu - VİDEO

Tarix: 21 Oktyabr 2022 02:22

Hindistanın Qoa əyalətindən uçan "SpiceJet" təyyarəsində tüstü peyda olub və ekipaj üzvləri təyyarədəki sərnişinləri dua etməyə çağırıb.

Milli.Az bildirir ki, hadisənin videosunu Britaniyanın "The Daily Mail" tabloidi paylaşıb.

Kadrlarda ən azı 86 nəfərin olduğu təyyarənin salonuna tüstünün necə dolduğu görünüb. Nəticədə pilotlar təcili olaraq təyyarəni Hindistanın Heydarabad şəhərinə endirməli olublar.

Uçuşda olan sərnişinlər təxminən yarım saat ərzində boğulduğunu bildiriblər. Onlardan biri ""SpiceJet" insanların həyatını riskə atır" dedi. "25 dəqiqə boğulduq və oksigen maskaları belə işləmədi. Belə səhlənkarlıq göstərən aviaşirkətə qarşı ən sərt tədbirlər görülməlidir".

Bundan başqa, nəşrin yazdığına görə, stüardessalar panikaya düşmüş sərnişinlərə dua etməyi tövsiyə ediblər ki, bu da onların qıcıqlanmasına və aqressiyasına səbəb olub. "Ekipaj üzvləri bizə Allaha və ailələrimiz üçün dua etməyimizi söylədi - bu, alçaldıcı idi", - başqa bir sərnişin deyib. "Bir çox yoldaşlarım buna cavab olaraq daha çox panikaya düşdülər və hətta qışqırmağa başladılar".

Həmçinin qeyd olunub ki, bəzi stüardessalar sərnişinlərin telefonlarını alaraq, onları hadisə ilə bağlı çəkdikləri bütün foto və videoları silməyə məcbur ediblər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Tüstüləyən təyyarədə sərnişinlərə etmək təklif olundu VİDEO


RƏYLƏR