Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2022 10:54
Türkiyəli model-aparıcı Ebru Şallının həyat yoldaşı Uğur Akkuş tərəfindən şiddətə məruz qaldığı iddia olunub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə açıqlama yayıb. O, xəbərlərin doğru olmadığını yazıb:
"Bu qədəri də ayıbdır, etməyin. Jurnalistlika bu qədər ucuzlaşıb? Gerçək olmayan xəbərləri yazırsınız. Niyə ağlınıza gələni verirsiniz?".
Qeyd edək ki, Ebru və Uğur 2019-cu ildə ailə hayatı qurub.