Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2022 21:12
45 yaşlı Corca Meloni İtaliyanın ilk qadın baş naziri olub.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İtaliya Prezident Administrasiyasının baş katibi Hüqo Zampetti deyib .
"Prezident Corca Meloniyə hökumət qurmaq üçün mandat verdi, o da bunu qəbul etdi", - deyə bildirib.
Belə ki, C.Meloninin sağ mərkəzçi "İtaliya qardaşları" partiyası təxminən 24,6% səs toplayıb.
Yeni hökumət oktyabrın 22-də and içəcək.
Qeyd edək ki, onun əsas rəqibi "Demokrat Partiyası" təxminən 19,4%, "5 Ulduz Hərəkatı" 16,5%, "Liqa partiyası" 8,5% və "İrəli İtaliya" 8% səs toplayıb.