Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 07:56
Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak baş naziri postu uğrunda mübarizədə hakim Mühafizəkarlar Partiyasından olan 100-dən çox deputatın dəstəyini qazanıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, digər mümkün namizəd - keçmiş hökumət başçısı Boris Conson tori fraksiyasında olan 67 deputatın dəstəyini alıb.
Eyni zamanda, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının (aşağı palata) lideri, seçki yarışında iştirakını rəsmən elan edən ərizəçilərdən yeganə olan Penni Mordont Mühafizəkarlar fraksiyasının 18 üzvündən səs alıb.
Parlamentin aşağı palatasının Mühafizəkarlar Partiyasından olan deputatları oktyabrın 24-ü saat 14:00-a qədər (Bakı vaxtı ilə 17:00) baş nazir postuna öz namizədlərini irəli sürə bilərlər.
Namizəd parlament səsverməsinin növbəti raundunda iştirak etmək üçün fraksiyadakı 357 deputatdan 100-ün səsisni qazanmalıdır.