Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 08:33
Türkiyə olaraq islamofobiyaya qarşı qlobal mübarizə aparırıq. Siyasi həll səylərinə daha effektiv dəstək verməliyik.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İnformasiya Nazirlərinin 12-ci Toplantısında deyib.
"Biz bütün cəbhələrdə əməkdaşlığımızı inkişaf etdirmədən İslam dünyasını hədəf alan hücumların öhdəsindən gələ bilmərik. Bu sahədə dəstək vacibdir. 2016-cı ildə keçirilən 13-cü İslam Sammitində biz İslamın düzgün izah edilməsinin vacibliyini vurğulamışdıq. Qəbul etdiyimiz 10 illik fəaliyyət planı çərçivəsində hədəflər qoymuşuq, lakin hələ ki, onlara çatmamışıq", - Ərdoğan qeyd edib.