Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 21:48
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsinin ümumxalq səsverməsinə (referendum) çıxarılmasını təklif edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun müvafiq qanun layihəsini parlamentin müzakirəsinə çıxarmaq təşəbbüsünü şərh edərkən deyib.
O bildirib ki, hicab seçimi insanın şəxsi hüququdur, bu məsələ parlamentdə həll olunmursa, xalq qərar verməlidir:
"Gəlin, bu məsələni referenduma çıxaraq, qoy xalq qərar versin. Biz qadınlarımızı heç vaxt hicablı və ya örtüksüz olaraq təsnif etməmişik. Təəssüf ki, hələ də onların şüurunda bu ayrı-seçkiliyin öhdəsindən gələ bilməmişik".