Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2019 13:15
Bakı. Elçin Mehdiyev - Trend:
Türk Şurasının üzv dövlətləri arasında birgə investisiya fondunun yaradılması barədə fikir mübadiləsi aparılır.
Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illik yubileyi" mövzusunda konfransda Türk Şurasının baş katibinin müavini İsmət Gözəlov deyib.
Onun sözlərinə görə, Türk Şurası etibarlı bir təşkilat olaraq müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verir:
"İndiyədək keçirilən görüşlərin mövzusu fərqli sahələri əhatə edib. Şuranın fəaliyyəti digər beynəlxalq təşkilatların fəaliyyəti ilə uzlaşır. Bu il üzv ölkələrin birgə ticarət və sənaye palatası yaradılıb. Hazırda birgə investisiya fondunun yaradılması barədə fikir mübadiləsi aparılır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin