Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2022 18:08
Rus ordusu Kremennaya yaxınlığında əks-hücuma keçməyə çalışır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Qrabski deyib.
"Düşmən indi Kremennaya bölgəsində əks-hücumlar keçirir, bölmələrimizi geri çəkməyə çalışır. Orada döyüşlər davam edir, çünki həm biz, həm də düşmən bu istiqamətin gələcək əməliyyatlar üçün müstəsna əhəmiyyətini bilirik. Əgər biz Svatovoyedə yarıb keçsək, əməliyyat məkanına daxil olsaq, bütün şimali Luqansk vilayətinin azad edilməsi üçün yol açılacaq", - Qrabski qeyd edib.