Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2022 19:18
Mingəçevirdə aptek sahibi özünü güllələyib.
Hadisə şəhərin Günəş küçəsində baş verib.
1952-ci il təvəllüdlü Bəxtiyar Səmədov ov tüfəngi ilə özünü güllələyib.
Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, 70 yaşlı Bəxtiyar Səmədov bir müddət əvvəl yeni ev alaraq, ikinci həyat yoldaşı ilə ora köçüb.
O, hələ ki istintaqa məlum olmayan səbəbdən evinin həyətində oldu silah ilə ağzından atəş açaraq həyatına son qoyub.
Bəxtiyar Səmədov şəhərdə "Aptek Bəxtiyar" kimi tanınıb. Onun ikinci evliliyindən 7 yaşlı oğlu var.
Hadisənin baş vermə səbəbi araşdırılır.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.